“Rusiya BMT-nin vasitəçiliyi ilə İstanbulda Ukrayna ilə simvolik görüşə hazırdır”.
KONKRET.az xəbər verir ki, bunu Ankarada rəsmi səfərdə olan Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib. O bildirib ki, Putin və Zelenski arasında görüş üçün əvvəlcə danışıqlar prosesi bərpa olunmalıdır.
Lavrovun çıxışında digər məsələlərə də toxunub.
“Zelenskinin fevralın 24-də rus qoşunlarının xəttin arxasına çəkilməsi ilə bağlı danışıqların bərpası tələbləri qeyri-ciddi yanaşmadır.
Ukrayna taxılı ilə bağlı vəziyyətin ərzaq böhranı ilə heç bir əlaqəsi yoxdur, lakin Aİ bundan “ümumbəşəri miqyaslı fəlakət” düzəldir.
Qərb ölkələri “taxıl məsələsi”ni daimi qıcıqlandırıcı olaraq saxlamağa çalışır. Əgər Ukrayna taxıl ixracı məsələsini həll etməyə hazırdırsa, Rusiya əməkdaşlıqdan məmnun olacaq”, – Lavrov deyib.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az
