Rusiya və Türkiyə ilə birlikdə Qara dənizdə Ukrayna taxılı olan gəmilərin təhlükəsizliyini üçüncü tərəf təmin edəcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə bu yaxın vaxtlarda müəyyən ediləcək.
“İstanbulda biz razılığa gəldik. Ukrayna minalardan təmizləmə ilə məşğul olacaq və açıq dənizə gəmilər buraxacaq. Rusiya, Türkiyə və müəyyən ediləcək daha bir iştirakçı gəmini Bosfora qədər müşayiət edəcək”, – deyə Lavrov ərəb Dövlətləri Liqasının üzvü olan ölkələrin sədrləri ilə görüşündə bildirib.
