“Le Monde”: Fransa Dağlıq Qarabağdakı proseslərdə yenidən aktiv rol almaq istəyirbackend

“Le Monde”: Fransa Dağlıq Qarabağdakı proseslərdə yenidən aktiv rol almaq istəyir

Dağlıq Qarabağdakı müharibə zamanı daha çox müşahidəçi rolunda çıxış edən Emmanuel Makron son vaxtlar siyasi fəallığını artırır. Dağlıq Qarabağda fəal olan Rusiya isə bunu nəzərə alaraq mövcud qüvvələrlə təmasları artırır.

KONKRET.az xəbər verir ki, bu sətirlər “Le Monde”nin dünən tirajlanan məlumatından götürülüb. Nəşr yazır ki, ”Dağlıq Qarabağla bağlı iyirmi beş il davam etdirilən səmərəsiz danışıqlar sentyabrın 27-də qəfil sona çatdı. Müharibə başladı. Sonra ermənilərlə azərbaycanlılar arasındakı altı həftəlik toqquşmalardan sonra İrəvan təslim olmaq məcburiyyətində qaldı. Rusiyanın himayəsi altında 10 noyabrda atəşkəs razılaşması əldə edildi. Silahlar susdu. Amma diplomatlar susmur. Beləliklə də diplomatlar əvvəllər uğursuz olan  formatı – Minsk Qrupunun fəaliyyətini yenidən gündəmə gətirmək istəyirlər. Bu mənada Dağlıq Qarabağdakı müharibə zamanı daha çox müşahidəçi rolunda çıxış edən Emmanuel Makron son vaxtlar  siyasi fəallığını xeyli artırıb”.

“Le Monde” daha sonra yazır: “Son 2 ayda baş verənlər ABŞ, Rusiya və Fransanın daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlik insitutuna alternativlərin olduğunu sübut etdi. Döyüşlər davam etdikcə, Minsk qrupu tamaşaçı mövqeyinə endirildi. 10 noyabr anlaşmasında isə bu institut bir əşya kimi bir kənara atıldı. 27 sentyabrdan sonra Fransa Prezidenti Emmanuel Makron bütün münaqişə tərəfləri ilə davamlı telefon əlaqəsi saxladı. Bir nəticə əldə etməməsinə rəğmən Yelisey sarayı yeni manevrlərə başladı. 16 noyabrda Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə bir saat telefonla danışdı. Doqquz maddəlik üçtərəfli atəşkəs razılaşmasında Minsk qrupundan bəhs edilməməsini Moskvanın diqqətinə çatdırdı.

“Rusların da bizim kimi türklərin Qafqaza gəlməsindən məmnun olduğunu düşünmürük”, – deyə Makron bildirib. Bu həqiqət qarşısında Moskva susqun durub. Çünki onlar başa düşürlər ki, bu tet-a-tetin  qarşısını almaqda Fransa və Minsk Qrupu Rusiyaya köməklik edə bilər”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*