Lənkəranda itkin düşən 16 yaşlı qız tapılıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev deyib.
O bildirib ki, rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü Şahnaz Hüseynovanın itkin düşməsi ilə bağlı sentyabrın 23-ü axşam saatlarında polisə müraciət daxil olub:
“Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında o, tapılaraq ailəsinə təhvil verilib”.
Qeyd edək ki, Ş.Hüseynova ötən gün oxuduğu məktəbdən çıxdıqdan sonra evə qayıtmamışdı.
