Litva Ukraynaya yeni hərbi yardım paketi ayırdıbackend

Litva Ukraynaya yeni hərbi yardım paketi ayırdı

Litva Ukraynaya hava hücumundan müdafiə sistemləri və digər avadanlıqlarla bağlı yeni hərbi yardım paketini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Litva Baş naziri İngrida Şimonite Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, yeni hərbi yardım sentyabrın əvvəlinə qədər Ukraynaya çatmalıdır:

“Bugünkü görüşümüzdə mən Prezident Zelenskiyə məlumat verdim ki, Litvanın ən yeni hərbi yardım paketi sentyabrın əvvəlində Ukraynaya gələcək”, – deyə Baş nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*