“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRARbackend

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRAR

Ali Məhkəmədə “Lotu Quli” ləqəbli kriminal avtoritetin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.

Məhkəmə kassasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edib.

Qeyd: “Yeraz Camal” ləqəbli Camal Həsənov Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, “qanuni oğru” Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.

Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də Camal Həsənov qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.

Camal Həsənov 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.

Təqsirləndirilən Camal Həsənov Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Camal Həsənov 18 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin cəzası 18 ildən 17 il 6 aya endirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*