Belarus prezidentinin son açıqlaması gündəm olub.
KONKRET.az-ın məlumatına görə, o, ölkədə nəsil dəyişikliyinin baş verdiyini bildirib və 80-ci illərin ikinci yarısının səhvlərinin təkrarlanmayacağını deyib:
“İstəsək də, istəməsək də nəsil dəyişikliyi baş verir. Bunu qəbul etmək lazımdır və biz bu məqamla bağlı keçmiş səhvləri təkrarlamayacağıq. Qorbaçov dövrünü təkrarlamaq istəmirik. Qorbaçovun islahatları ölkəni dağıtdı. Bunu təkrarlaya bilmərik. Ona görə də həm hərbi doktrina, həm də milli təhlükəsizlik konsepsiyası yeni şərtlərə uyğun hazırlanmalıdır”.
Lukaşenko daha sonra vurğulayıb ki, nəsil dəyişikliyi dövründə keyfiyyət itməməlidir.
Vəli Həsənov,
KONKRET.az
