Lukaşenko Şoyquya deyib ki, Belarusun “öz ərazisi kimi” Rusiya Federasiyasının müdafiəsinə ehtiyacı var.
KONKRET.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb.
O, Şoyquya deyib ki, Minsk xarici təcavüz halında öz ərazisini qorumaq üçün Rusiyanın müdafiəsinə ehtiyac duyur.
“Danışıqlardan belə çıxır ki, Belarusa təcavüz olarsa, Rusiya Federasiyası öz ərazisi kimi müdafiə edəcək. Bu, bizə lazım olan təhlükəsizlik növüdür”, – deyə Lukaşenko bildirib.
Belarus lideri qeyd edib ki, 1994-cü ildə Budapeşt Memorandumunun bağlanmasından sonra Qərb “Qazaxıstan, Ukrayna və Belarusa tam təhlükəsizliyi təmin etməyə” and içib. Lakin sonra bu razılaşmaları tapdalayıb və “təhlükəsizlik yoxdur”.
Lukaşenko bu məsələni Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda qaldırdığını bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
