Lukaşenko köməkçisini vəzifədən azad etdibackend

Lukaşenko köməkçisini vəzifədən azad etdi

İqor Braylo Belarus Prezidentinin köməkçisi – Vitebsk vilayəti üzrə müfəttiş vəzifəsindən azad edilib. 

KONKRET.az xəbər verir ki, bununla bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb.

Bəyanatda qeyd olunur ki, Lukaşenko bu qərarı müfəttişin “dövlət qulluğuna uyğun olmayan davranışı” ilə bağlı verib.

Lakin prezidentin köməkçisinin işdən çıxarılmasının dəqiq səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, İqor Brylo Belarus liderinin köməkçisi vəzifəsinə 2023-cü ilin iyulunda təyin olunub. O, bu təyinatdan əvvəl respublikanın kənd təsərrüfatı və ərzaq naziri vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*