Rusiyalı müğənni Lyubov Uspenskaya it qalmaqalına görə üç il müddətinə azadlıqdan məhrum edilə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə xatırladır ki, sosial şəbəkədə sənətçinin qonşusu ilə etdiyi davanın videosu yayılıb.
Görüntülərdə o, özünü çox mədəniyyətsiz aparıb. İndi vəziyyət daha da ciddiləşib. Belə ki, ev heyvanının sahibi vəkil Aleksandr Dobrovinskiyə müraciət edib.
“Hadisədən sonra ifaçıya məsələni sülh yolu ilə həll etmək təklif olunub. Münaqişənin həlli heyvanın əməliyyat xərclərini ödəməkdən ibarət olub, çünki “rus şanson kraliçası” ilə dava zamanı it az qala bir gözünü itirmək təhlükəsi ilə üz-üzə qalıb. Lakin müğənni şərtlərə kobudluqla reaksiya verib”, deyə Dobrovinski qeyd edib.
“Uzun müddət gözlədim, birdən adam fikrini dəyişər. Və qonşuluq yolu ilə problemi həll etməyə gələcək. İndi biz ancaq məsələnin qanuna uyğun həllini istəyirik”, – döyülən fransız buldokunun zərərçəkən sahibi Yuliya izah edib.
Dobrovinskinin 5-tv.ru-ya verdiyi məlumata görə, Uspenskaya vəziyyəti həll etmək üçün yanlış yol seçib, indi onun taleyini məhkəmə həll edəcək.
“Müştərilərim hər şeyin qanuna uyğun olmasını istəyirlər (və qanuna görə onu 3 ildən 5 ilədək həbs cəzası gözləyir). Tanınmış insanlar unutmasınlar ki, qanun qarşısında hamı bərabərdir”, – deyə vəkil vurğulayıb.
Xatırladaq ki, müğənni ilə qonşular arasında qalmaqal may ayında baş verib. Əvvəlcə insident ictimaiyyətə açıqlanmayıb, lakin bir müddət sonra internetdə yaxşı əhval-ruhiyyədə olmayan qəzəbli bir ifaçının iştirakı ilə kadrlar yayılmağa başlayıb.
Roman Göytürk,
KONKRET.az
