Mahir Emreli AD GÜNÜNDƏ möhtəşəm qol vurdu – VİDEObackend

Mahir Emreli AD GÜNÜNDƏ möhtəşəm qol vurdu – VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) futbol klubu cümə günü Sloveniyada Slovakiyanın “Spartak”ı ilə yoxlama oyunu keçirib.

KONKRET.az xəbər verir ki, görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İkinci hissədə meydana daxil olan Mahir 90-cı dəqiqədə qol vuraraq “Dinamo”nu məğlubiyyətdən xilas edib.

Mahir Emreli bu qolu iyulun 1-də qeyd etdiyi 25 yaşına hədiyyə edib.

Bu, azərbaycanlı hücumçunun bu yay yoxlama oyunlarında vurduğu ikinci qoludur. İyunun 28-də Sloveniya “Nafta”sı ilə görüşdə də qol vurub.

Xorvatiya çempionatı iyulun 16-da başlayır və iyulun 19-da Zaqreb “Dinamo”su Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*