Makron Lukaşenkoya xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə “France 2” telekanalına müsahibəsində deyib. Fransa Prezidenti Emmanuel Makron Belarus lideri Aleksandr Lukaşenkonun Ukraynadakı münaqişədə fəal iştirak edəcəyi təqdirdə problem yaşayacağını bildirib.
“Prezident Lukaşenko özünü Ukrayna münaqişəsinə daha çox həsr etmək qərarına gələrsə, o, məsuliyyəti öz üzərinə götürməlidir. Məncə, bu, onun üçün problemsiz olmayacaq”, – deyə o, fikrini ifadə edib.
Fransa Prezidenti xatırladıb ki, Aİ Belarusa qarşı artıq sanksiyalar tətbiq edib, ona görə ki, bu ölkə Rusiya ordusunun Ukraynaya keçməsi üçün öz ərazisində yerləşdirilməsinə icazə verib.
Xuraman Etibarlı,
KONKRET.az
