Makron “Telegram”ın qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirdibackend

Makron "Telegram"ın qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirdi

Fransa Prezidenti Emmanuel Makron “Telegram”ın qurucusu Pavel Durovun saxlannmasının siyasi olmadığını deyib.

KONKRET.az xəbər verir ki, xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında paylaşım edib.

“Mən burada Pavel Durovun saxlanmasından sonra Fransa ilə bağlı yalan məlumat oxuyuram.

Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa hər şeydən çox bağlıdır. Belə də qalacaq.

Hüquq dövlətində, real həyatda olduğu kimi sosial şəbəkələrdə də azadlıqlar vətəndaşların müdafiəsi və onların əsas hüquqlarına hörmət edilməsi üçün qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilir.

Qanunun icrasını tam müstəqil şəkildə həyata keçirmək ədliyyə sistemindən asılıdır.

Telegram rəhbərinin Fransa ərazisində saxlanması davam edən hüquqi araşdırma çərçivəsində baş tutub. Bu, heç bir halda siyasi qərar deyil. Qərar vermək hakimlərin işidir”, – paylaşımda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*