Makron yenidən Ukrayna səfərini yenidən niyə ləğv etdi? – “Politico”backend

Makron yenidən Ukrayna səfərini niyə ləğv etdi? - "Politico"

Fransa prezidenti Emmanuel Makron müttəfiqləri ilə gərgin münasibətlərə görə Kiyevə çoxdan planlaşdırılan səfərini ləğv edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşr yazıb.

Nəşr qeyd edib ki, Yelisey sarayı təhlükəsizlik səbəbindən səfərin ləğv edilməsi ilə bağlı təklifləri təkzib edib.

“Makron hazır təkliflərlə Ukraynaya gəlmək üçün müttəfiqləri ilə danışıqlara vaxt ayırmaq istəyir. Lazımi qərarların qəbul edilməsi və tərəfdaşlar qarşısında öhdəliklərin formalaşdırılması bir az zaman tələb edir”, – deyə mənbə bildirib.

Nəşr qeyd edir ki, son həftələr Fransa prezidenti hərbi əməliyyatlarla bağlı açıqlamalarına görə avropalı siyasətçilərin narazılığına səbəb olub. Martın əvvəlində Makron Avropanı qorxaq olmamağa çağırıb. Onun bu açıqlaması əsasən Almaniya kansleri Olaf Şotsun qəzəbinə tuş gəlib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*