Fransa prezidenti Emmanuel Makron Ukraynaya planlaşdırılan səfərini üçüncü dəfə təxirə salıb.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb .
Makron fevral ayında Ukraynaya səfər etməli idi, lakin ölkə prezidenti Vladimir Zelenskinin özü təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalamaq üçün Parisə səfər etdiyi üçün səfər təxirə salınmışdı.
Diplomatların sözlərinə görə, Makronun səfəri o zaman martın əvvəlinə planlaşdırılmışdı.
Fransa liderinin səfərinin ləngiməsi təhlükəsizliklə bağlı ola bilər. Ötən gün Ukrayna prezidenti ilə Yunanıstanın baş naziri arasında görüş zamanı Rusiya raketi iki liderin görüşdüyü məkandan cəmi bir neçə yüz metr aralıya düşüb.
Ariz Həsənoğlu,
KONKRET.az
