Maliyyə nazirinin keçmiş müavini axtarışa verildibackend

Maliyyə nazirinin keçmiş müavini axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi keçmiş maliyyə nazirinin müavini və Mərkəzi Bank sədrinin sabiq birinci müavini Sergey Aleksaşenkonu (Ədliyyə Nazirliyi onu xarici agentlərin reyestrinə daxil edib) axtarışa verib.

KONKRET.az xəbər verir ki, Sergey Vladimiroviç Aleksaşenkonun Cinayət Məcəlləsinin hansı maddə ilə axtarışda olduğunu açıqlamayıb.

Ehtimal olunur ki, maliyyə nazirinin keçmiş müavini Rusiyaya qarşı sanksiyaların hazırlanmasında iştirak edib.

Ukraynada hərbi əməliyyatın başlamasından sonra Aleksaşenko ölkəni tərk edərək Rusiyaya qarşı sanksiyalar hazırlayan qrupa qoşulub. Ona həmçinin ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol və Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak kömək edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*