“Mall”lardakı aptek və ərzaq mağazaları işləyir – İqtisadiyyat Nazirliyibackend

"Mall"lardakı aptek və ərzaq mağazaları işləyir - İqtisadiyyat Nazirliyi

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və Mall-ların fəaliyyəti bir ay müddətinə dayandırılıb.

İqtisadiyyat Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur:

“Həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər. Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və Mall-ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*