“Bir neçə ay əvvəl Azərbaycan manatının mümkün devalvasiyası ilə bağlı proqnoz vermişdim. Hazırda ABŞ-ın nüfuzlu reytinq agentlikləri də eyni risklərə diqqət çəkir. Manatın ABŞ dollarına qarşı 1.98 – 2.05 intervalında dəyişə biləcəyi ehtimal olunur. Bu da ondan xəbər verir ki, ölkə iqtisadiyyatı artıq yeni bir qiymətləndirmə mərhələsinə daxil olub”.
Bu fikirləri Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Azərbaycan təxminən hər 10 ildən bir monetar siyasətinə yenidən baxmalı olur. Belə vəziyyətlərdə iqtisadi risklərin qarşısını almaq məqsədilə devalvasiya qərarı gündəmə gələ bilər. Hazırda Mərkəzi Bank valyuta bazarına müdaxilə edərək manatın məzənnəsini süni şəkildə sabit saxlayır.
Digər tərəfdən, xarici ticarət balansında ötən ildən etibarən mənfi dinamika müşahidə olunur. Eyni zamanda, Mərkəzi Bankın valyuta ehtiyatlarında da azalma qeydə alınır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması da əlavə valyuta tələbi yaradır. Bu da ölkəyə daxil olan və çıxan valyuta axınları arasında balanssızlığa səbəb olur”.
İqtisadçı qeyd edir ki, neft qiymətləri də proqnozlara təsir göstərən əsas amillərdəndir.
“İyun ayının əvvəlində “Azəri Light” markalı neftin qiymətində müəyyən bahalaşma müşahidə olunsa da, son günlərdə yenidən ucuzlaşma tendensiyası başlayıb. Hazırda qiymət 76 ABŞ dolları civarındadır. Bu səviyyə ölkənin neft gəlirlərində azalma riski yaradır.
Azərbaycan hökumətinin büdcə planlamasında 3 fərqli, optimist, real və neqativ ssenari nəzərdə tutulub. Neft gəlirlərinin azalması neqativ ssenarinin reallaşması ehtimalını artırır. Yadda saxlamaq lazımdır ki, 2015-ci ildə baş verən devalvasiya zamanı neftin qiyməti 20-30 dollar arasında idi. Hazırkı qiymətlər daha yüksək olsa da, iqtisadi şərait fərqlidir və diqqətlə izlənilməlidir”.
Aynurə Ismayıl,
KONKRET.az
Basqa isuviz yoxdu?bütün dünyada dollar ucuzlasir,bizde niye bahalasmalidi?
Bax Azerbaycanda ekspertler o derecede savadlasiblarki verdikleri proqnozun biri duz cixmir onlar devalivasiya deyende manat dahada guclenir ,yaxsi deyende manat zeifleyir.bos verin bunlari
Neft bahalaşdı bunu dünya deyir. Dollar yerli valyuta deyil. Müharibə iran və israildə gedir. Biz yerli əhali neftdən heç bir gəlir almırıq amma aşağı cəmiyyəti əzəcəyik deyilsə daha düzgün olardı.
Belə savadsız öngörümlər hardan cıxır? Dünyada ABŞ dolları dəyərdən düşür, bizim “iqtisadcı” da manatı dəyərsizləşdirir! Ölkədə icmal balans müsbətdirsə sayıqlanağa əsas yoxdur
Adını ekspert qoyub.Hələ şəklini də qoyub ki kimin sayıqladığını hamı bilsin.Neftin qiyməti müharibə fonunda artır.Mərkəzi bank da deyirki ehtiyatlarım artıb.İndi bu “ekspert”harasından çıxardır devalvasiya proqnozunu