Namizədliyi Senatın Xarici Əlaqələr Komitəsi, eləcə də Senat tərəfindən təsdiq edilən ABŞ dövlət katibi Marko Rubio and içib.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, Rubio ABŞ prezidenti Donald Tramp administrasiyasının bütün lazımi prosedurları tam başa vuran ilk nümayəndəsidir. Artıq o, Amerika xarici siyasət departamentinin rəhbəri vəzifəsində işə başlaya bilər. Rubionun çərşənbə axşamına planlaşdırılan sıx görüş cədvəli var. Xüsusilə, onun Hind-Sakit Okean QUAD qrupunun xarici işlər nazirləri – Subrahmanyam Caishankar (Hindistan), Penny Wong (Avstraliya) və Takeshi İwaya (Yaponiya) ilə danışıqlar aparacağı gözlənilir.
ABŞ dövlət katibi vəzifəsinə namizədliyinin müzakirəsi üçün Senatda dinləmələr zamanı Rubio bildirib ki, o, milli maraqların müdafiəsini rəhbər tutacaq və digər ölkələrlə mübahisələrin sülh yolu ilə həlli üsullarına üstünlük verəcək. Rubio ABŞ-nin Ukraynadakı nizamlanma prosesində iştirakının lehinə danışıb. O, həmçinin bildirib ki, prezident Donald Tramp dövründə strategiyası Çinlə geosiyasi tarazlığın qorunmasına yönəlməlidir.
Vəli Həsənoğlu,
KONKRET.az