Daha bir erməni məmur Qarabağa qanunsuz səfər edib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının sədri, xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan qeyri-qanuni olaraq Azərbaycanın Qarabağ bölgəsində RSK-nın müvəqqəti məsuliyyət zonasına gəlib.
Ona separatçı jurnalistlər suallar veriblər. Ondan Qarabağın Azərbaycanın bir hissəsi olmadığını deməsini istəsələr də, bu, baş tutmayıb.
Marukyanın Qarabağda ““Arsax” heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” deməkdən imtina etməsi erməniləri hioddətləndirib və onu “satqın” adlandırıblar.
Xuraman Etibarlı,
KONKRET.az
