Masadıkov: Ermənistan 3 ildir üzvlük haqqı ödəmirbackend

Masadıkov: Ermənistan 3 ildir üzvlük haqqı ödəmir

Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etmir.

KONKRET.az TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Taatbek Masadıkov bildirib.

“Ermənistan artıq 3 ildir ki, üzvlük haqqını ödəmir. De-fakto, praktik olaraq onun işində iştirak etmir, halbuki de-yure KTMT-nin tamhüquqlu üzvüdür. Lakin qərar, əlbəttə, Ermənistan xalqının və Ermənistan rəhbərliyinin ixtiyarındadır”, – Masadıkov məsələ ilə bağlı sualına cavab olaraq bildirib.

O qeyd edib ki, KTMT üzv ölkələri respublikanın statusunu və üzvlük haqqının ödənilməməsinə görə səsvermə hüququndan məhrum edilməsini müzakirə edirlər:

“Bəli, məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib və nazirlər bu məsələni ətraflı müzakirə ediblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*