Mayın 8-9-da Kiyevdə heç bir tədbir keçirilməyəcək – Kliçko açıqladıbackend

Mayın 8-9-da Kiyevdə heç bir tədbir keçirilməyəcək – Kliçko açıqladı

Mayın 8-9-da Kiyevdə faşizm üzərində Qələbə Günü ilə bağlı heç bir tədbir keçirilməyəcək, ictimai asayiş gücləndiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

“Hərbi komandanlıq mayın 8-9-da Kiyevdə və vilayətdə komendant saatı tətbiq etməyi planlaşdırmır. Şəhər bu günlərdə hər hansı tədbir keçirməyi də planlaşdırmır. Çünki xatırlatmaq istəyirəm ki, hərbi vəziyyət dövründə kütləvi tədbirlər qadağandır. Kimsə gül qoymağa getmək istəyirsə, bunu təkbaşına edə bilər”, – Kliçko “Teleqram-kanal”ında yazıb.

O qeyd edib ki, bu günlərdə küçə patrulları və ictimai asayiş gücləndiriləcək.//Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*