Podiumların ulduzu İrina Şeyk (İrina Şeyxislamova) 35 yaşını qeyd edir.
KONKRET.az xəbər verir ki, Çelyabinsk bölgəsindəki Yemanjelinsk şəhərində mədənçi və müəllimin qızı kimi dünyaya gələn İrina sonradan məşhur rus supermodellərindən biri olub.
İrina karyerasına Çelyabinskə köçdükdən və iqtisadiyyat kollecinə daxil olduqdan sonra moda evində model kimi başlayıb. Orada yerli gözəllik yarışmasında qalib gələn İrina “Supermodel” Beynəlxalq Agentliyinin ümumrusiya yarışmasına vəsiqə qazanıb. Bir il sonra yəni 20 yaşlı İrina ilk dəfə Parisdə podiuma çıxıb.
İrina Şeyk bir çox dünya şöhrətli markalarla əməkdaşlıq edir, mütəmadi olaraq məşhur moda jurnallarının üz qabığında yer alır və moda dünyasının ən tanınmış fotoqrafları ilə işləyir. O, Kanye Vest ilə klipə də çəkilib, özünü aktyorluq sahəsində sınayıb. Şeyk çimərlik geyimləri istehsal edən tanınmış marka ilə moda dizayneri kimi əməkdaşlıq edib.
Supermodel praktik olaraq şəxsi həyatı ilə bağlı şərh vermir. Futbolçu Kriştiano Ronaldo ilə münasibətdən sonra (İrina və Kriştiano 2010-2015-ci illərdə birlikdə yaşayıb) o, romantik macəraları ilə bağlı mətbuata heç bir açıqlama vermir.
Ronaldo ilə əlaqədən sonra İrina amerikalı aktyor Bradley Kuper ilə görüşür. 2019-cu ildə İrina Şeyk və Bradley Kuperin bir-biriləri ilə isti münasibət qurmasına baxmayaraq, ayrıldıqları məlum olub.
KONKRET.az
