Medvedevin oğlu İlyanın ABŞ-da iş vizasını ləğv ediblər. İki gün ərzində o, ölkəni tərk etməlidir.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Şəbəkə yazır ki, Medvedevin oğlu İlyanın ABŞ-dakı iş vizasını ləğv olunub və o, İki gün ərzində ölkədən getməlidir.
Atası Dmitri Medvedev hələlik vəziyyəti şərh etməyib.
Şəbəkə istifadəçilərinə təəccüblü olan isə, “Dmitri Medvedev kimi rus vətənpərvərin oğlu niyə Rusiyada yox, ABŞ-da yaşayır və işləyir?” sualıdır.
Xuraman Etibarlı,
KONKRET.az
