Məhkəmə Mustafa Sandalla bağlı qərarını açıqladıbackend

Məhkəmə Mustafa Sandalla bağlı qərarını açıqladı

“Məni ağlatma” adlı kitabında Dəfnə Samyeli adlı qadınla əlaqəsi olduğunu iddia edən tanınmış müğənni Mustafa Sandal adıçəkilən xanım tərəfindən məhkəməyə verilib.

KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, həqiqətə uyğun olmayan informasiya yaymaqda ittiham olunan pop ulduz hakim qarşısına çıxıb.

İki ilə qədər həbsi tələb olunan M.Sandal bəyan edib ki, o, kitabda “əlaqə” yazdığı zaman yaxın münasibətləri nəzərdə tutmayıb.

Məhkəmə populyar ifaçını bu məsələdə günahsız hesab edib və bəraət alması barədə qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*