Meksika Prezidenti Klaudiya Şeynbaum 2027-ci ildə ölkədə keçiriləcək seçkilərə xarici müdaxilə riskinin real olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Şeynbaum xarici təsir halında seçkilərin nəticələrinin ləğv edilməsini nəzərdə tutan islahatı şərh edib.
Dövlət başçısı hakim partiyanın təşəbbüsü ilə qəbul edilən qanun layihəsini dəstəkləyib və müxalifətin tənqidlərini rədd edib.
“Bütün meksikalılar Meksikadakı seçkilərə xarici müdaxilənin olmaması ilə razılaşmalıdır”, – deyə prezident vurğulayıb.
Şeynbaum xarici maliyyələşmənin milli siyasi proseslərə təsiri ilə bağlı presedentlərin artıq mövcud olduğunu bildirib. O, ABŞ səfirliyi vasitəsilə ABŞ strukturlarından maliyyə aldığı iddia edilən “Korrupsiya və cəzasızlığa qarşı meksikalılar” təşkilatını nümunə göstərib.
