Meksikada 50 gün ərzində beş jurnalist öldürüldübackend

Meksikada 50 gün ərzində beş jurnalist öldürüldü

Meksikada son 50 gün ərzində beş jurnalistin qətlə yetirilməsi ölkədə mətbuat nümayəndələrinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.

KONKRET.az xəbər verir ki, son qurban Oaxaka ştatında fəaliyyət göstərən jurnalist Fransisko Alexandro Leyva olub. O, səhər yeməyi yediyi restoranın qarşısında silahlı hücum nəticəsində öldürülüb, hücum zamanı daha bir qadın yaralanıb.

Oaxaka ştatının qubernatoru Salomon Xara qətli pisləyərək istintaqın federal orqanlarla birgə aparılacağını bildirib. Hadisənin ifadə azadlığına qarşı cinayət kimi araşdırılması tapşırılıb.

“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının məlumatına görə, Leyva 2026-cı ildə Meksikada öldürülən yeddinci jurnalistdir. Təkcə son 50 gün ərzində isə beş jurnalist qətlə yetirilib ki, bu da ölkədə media işçilərinin üzləşdiyi təhlükənin miqyasını bir daha göstərir.

Meksika uzun illərdir jurnalistlər üçün dünyanın ən təhlükəli ölkələrindən biri hesab olunur. Cinayətkar qruplar, korrupsiya və cəzasızlıq mühiti səbəbindən xüsusilə korrupsiya, mütəşəkkil cinayətkarlıq və yerli hakimiyyətlə bağlı araşdırmalar aparan jurnalistlər tez-tez hədəfə çevrilirlər. 2000-ci ildən bəri ölkədə 150-dən çox jurnalist öldürülüb, onlarla jurnalist isə itkin düşüb.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*