Melitopolda zirehli qatar rus hərbçiləri ilə birlikdə uzaqdan PARTLADILDIbackend

Melitopolda zirehli qatar rus hərbçiləri ilə birlikdə uzaqdan PARTLADILDI

Melitopolda rus hərbçilərinin olduğu zirehli qatar uzaqdan partladılıb.

Şəxsi heyətlə birlikdə avtomobilin altında sökülmə işləri aparılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Zaporojye diyarının Müdafiə Qərargahı Telegram-da məlumat yayıb. Məlumatda bildirilir ki, Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Melitopol şəhərində rus işğalçılarının olduğu zirehli qatar partladılıb. Qatar şəxsi heyətlə birlikdə partladılıb.

“İlkin məlumata görə, Melitopoldakı ət kombinatının yaxınlığında rus işğalçılarının zirehli qatarının məsafədən partladılması həyata keçirilib. Qatar 10 vaqondan ibarət olub, partlatma şəxsi heyətin olduğu vaqonun altında həyata keçirilib”, – məlumatda deyilir.

Partlayış nəticəsində iki dəmir yolu xəttinin zədələndiyi qeyd edilir. Onun ardınca gələn zirehli qatar və 10 çən yanacaq-sürtkü materialı olan lokomotiv dayandırılıb.

Partlayışın səsi şəhərin demək olar ki, bütün rayonlarında eşidilib. Məhv edilmiş rusların sayı dəqiqləşdirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*