Melkonyan: “Azərbaycan müharibə aparacaq və heç bir dövlət buna reaksiya verməyəcək”backend

Melkonyan: "Azərbaycan müharibə aparacaq və heç bir dövlət buna reaksiya verməyəcək"

“İrəvanda İlham Əliyevin bu müsahibəsini diqqətlə oxuyublar. Bu gün biz bilirik ki, Əliyev artıq atasından miras qalan və ona həvalə edilmiş tarixi missiyanı layiqincə yerinə yetirmiş milli qəhrəmandır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın Tətbiqi Siyasi Araşdırmalar İnstitutunun elmi işçisi Sergey Melkonyan jurnalistərə müsahibəsində deyib.

O daha sonra bildirib ki, “Reallıqda Azərbaycan özü üçün zəmanətli qələbə vəziyyəti yaradıb. Bu nədir? Ermənistana qarşı həddindən artıq tələblər iki ssenari pəncərəsi açacaq. Birincisi, ümumiyyətlə, Azərbaycanın maraqlarına cavab verən sülh müqaviləsi olmayacaq. Çünki bu, müqavilə heç ona lazım deyil. İkincisi, sülh müqaviləsi şişirdilmiş Azərbaycan şərtləri ilə imzalanacaq. Dəhliz veriləcək, təkcə anklavlar deyil, Azərbaycanın istədiyi xəritələr üzrə delimitasiya aparılacaq və s. Bu mənada Azərbaycan danışıqların gündəliyini doldurur.

Nəzərə alsaq ki, Ermənistan bu mənada siyasi cəhətdən müflisdir, onun mifik “dünyanın kəsişməsi”ndən başqa təklif edəcəyi heç nə yoxdur, biz birtəhər Əliyevin dediklərini nəzərə almalı olacağıq”.

Melkonyan “Əliyevin tələbləri yerinə yetirilməsə, o zaman Azərbaycan yeni müharibəyə başlayacaqmı?” sualına belə cavab verib:

“Bəli, yəqin ki, Azərbaycan həmişə olduğu kimi, birtərəfli güzəştlə istədiyini əldə etməsə, özü üçün üçüncü fürsət pəncərəsini açacaq. Onlar heç bir razılaşma olmadan strateji Gorus-Qafan yolunu alıblar. Bakı anklavları, eləcə də Zəngəzur dəhlizini razılaşmadan əldə etməyə çalışır. Təbii ki, Ermənistan bundan imtina edərsə, variantlardan biri eskalasiyadır. Və indiki vəziyyəti nəzərə alsaq, Azərbaycan əhalisini müharibəyə, Ermənistan isə əhalisini sülhə hazırlayanda, bu, bizim məhvə məhkum olduğumuz deməkdir”.

Erməni ekspert daha sonra vurğulayıb ki, “Əgər Azərbaycan müharibə aparsa, dəqiq planlaşdırılmış əməliyyatlar olacaq. Ona görə də döyüşlər bir-iki gün, ən çoxu üç gün çəkəcək və heç kimin reaksiya verməyə vaxtı olmayacaq. Birincisi, qərar vermə prosesi çox uzundur. İkincisi, əgər bunlar anklavlardırsa, o zaman Ermənistan özü hüquqi bəhanə verib, Azərbaycanın hücumu üçün bütün hüquqi əsasları yaradıb.

Əgər bu, bir dəhlizdirsə, yəni Ermənistan ərazisi ilə Naxçıvan arasında kommunikasiyalara nəzarətin yaradılması cəhdidirsə, bu gün real reaksiya verə biləcək yeganə ölkə İrandır. Bu, Rusiya deyil, Avropa Birliyi deyil, heç ABŞ da deyil.

Xatirinizdədirsə, Avropa İttifaqı və ABŞ  Dağlıq Qarabağda güc tətbiqinin qəbuledilməz olması və sair bəyanatını verirdi. Və bunu şəxsən Əliyevə də demişdilər. Ertəsi gün Azərbaycan müharibəyə başladı və bunun heç bir nəticəsi olmadı. Əksinə, Əliyevlə görüşlər, söhbətlər, Azərbaycanı danışıqlara dəvət etməsi əslində onun gördüyü hər şeyi qanuniləşdirir.

Fəaliyyətə deyil, birbaşa mövqelərə gəlincə, Qərb əl-qolunu qaldıracaq, ən çox Azərbaycanı pisləyən bəyanatlar olacaq, amma nə Vaşinqtonda, nə də Brüsseldə real addımlar, sanksiyalar və ya başqa bir şey müzakirə olunmayacaq.

Bu mənada Rusiyanın mövqeyi təbii olaraq zəifləyəcək. Rusiyanın hərbi-siyasi müttəfiqi və təhlükəsizlik təminatçısı statusu təbii olaraq devalvasiya olunur. Amma Rusiya bunu belə təqdim edəcək ki, siz birtəhər Qərbdən zəmanət almaq istəyirdiniz. Amma görmürsünüz ki, Qərbdə bunu heç kim vermək istəmir? Heç verməyəcək də. Çünki bizsiz bu, mümkün deyil. Bax rus ritorikası məhz belə olacaq və Rusiya hər mənada Azərbaycanı cilovlamayacaq”.

Sergey Melkonyan hesab edir ki, “Ermənistanın müasir rəhbərliyinin xarici siyasət strategiyasındakı əsas məqsəd Türkiyə ilə münasibətlərin qurulmasıdır. Bu gün Ermənistanın xarici siyasətinin əsas regional prioriteti məhz Türkiyədir. Və bütün məntiq buna tabedir. Qalanların hamısı ikinci dərəcəlidir.

Ermənistan diversifikasiya siyasəti apardığını iddia edir, lakin diversifikasiyanı əvəzetmə ilə qarışdırmaq olmaz. Baxmayaraq ki, KTMT öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir, heç bir dövlət Rusiyanın və ya KTMT-nin verdiyi eyni zəmanəti heç kağız üzərində verməyə belə hazır deyil. Heç bir ölkə texniki cəhətdən Ermənistana ünvanlanan hər hansı zəmanətə imza atmağa hazır deyil. Doğrudur, yeni zəmanətlərin alınmasının əleyhinə çıxan dövlət yoxdur. Sadəcə problem ondadır ki, bu zəmanəti heç kim vermir.

Hamı bəyan edir ki, Ermənistan ərazisi qırmızı xəttdir. Nəzərinizə çatdırım ki, Ermənistan Respublikasının 220 kvadrat kilometrdən çox suveren ərazisi hələ də işğal altındadır. Azərbaycan isə təmas xəttində bütün strateji mövqeləri tutur. Amma eyni zamanda danışıqlar davam edir, liderlər əl sıxır, gülümsəyir, elə bil ki, heç nə olmayıb. Buna görə heç bir zəmanət yoxdur. Azərbaycan qoşunları bu ərazilərdən adi inandırma yolu ilə və ya hansısa müvəqqəti sənədlə çıxmayacaq. Ona görə də indiki tendensiyanı nəzərə alsaq, burada heç nəyə haqq qazandırmaq olmaz. Bu tendensiya belədir: Ermənistanın ərazisi ildən-ilə azalır, hər il Ermənistan silahlı qüvvələri müntəzəm itkilər verir. Bu, müasir İrəvanın xarici siyasət xətti fonunda tendensiyadır”.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

  • Nazim
    Yanvar 14, 2024 - 14:47

    Bunlar hələ də başa düşmür ki,Ermənistan deyilən ərazi Azərbaycanlıların tarixi torpaqlarıdır.Olsa-olsa 9min kv km-lik ərazini o dövrki tarixi şəraitə görə onlara verilib.Qalan əraziləri Sovet dövründə alçaq siyasətçilər onlara peşkəş ediblər??Biz hələ 1918-1920-ci il ərazilərinə daxil olmamışıq!?Bunları ermənilərin tez-tez yadına salmaq lazımdır!!

    • Zamina Elturan
      Yanvar 14, 2024 - 17:34

      Salam.Erməni milləti başı müftə torpaq paylarına qarışmamışdan da çox-çox əvvəl mənəviyyatsız millət olub.Bu millətin kökü oxuduğuma görə qaraçıdı.Ümumiyyətlə götürəndə “erməni” milləti olubmu?Bəzi mənbələr bu fikri rədd edirlər.

  • Vuqar
    Yanvar 15, 2024 - 06:25

    Ay mənfur erməni,biz sənə hər şeyi bizi məcbur edirsən ki,sənə təpikləyə-təpikləyə başa salaq! Çünki başqa dil başa düşmürsən!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*