Melkonyan SAYIQLADI: “İsrail üçün Azərbaycandan İrana hücum etmək daha əlverişlidir”backend

Melkonyan SAYIQLADI: "İsrail üçün Azərbaycandan İrana hücum etmək daha əlverişlidir"

“İsrail üçün Azərbaycandan İrana hücum etmək daha əlverişlidir”.

KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İsrail və yəhudi icmalarının öyrənilməsi şöbəsinin əməkdaşı Sergey Melkonyan deyib.

O bildirib ki, İranın hərbi obyektlərə hücumundan sonra mümkün cavab tədbirləri bu hücumların necə baş verməsindən asılıdır.

“Mümkün variantlardan biri İsrail kəşfiyyat xidmətlərinin birbaşa İran ərazisindən hücumlar təşkil etməsidir. Yəni kiçik PUA-ya partlayıcı quraşdırıb İranın hərbi obyektlərinə göndərə bilərdilər.

İkinci seçim kənardan hücumlardır. Bunun ən münasib yolu Azərbaycandandır.

Əgər birinci variant baş tutsa, o zaman İran öz qiymətləndirməsində İsrail ərazisindən də eyni şəkildə cavab verə bilər.

Raket hücumları Qəzza ərazisindən və ya toqquşmalar Fələstinin digər ərazilərindən başlaya bilər.

İkinci variant baş tutsa, cavab Suriya ərazisindən gələ bilər.

Əgər İsrail üçüncü ölkənin ərazisindən İrana hücum edibsə, Tehran da eyni məntiqlə zərbə endirə bilər.

Mən əmin deyiləm ki, bu ssenari ən çox İrana uyğun gəlir, çünki bu, Suriyadakı vəziyyəti daha da gərginləşdirə bilər.

İsrailin əsas strateji məqsədlərindən biri də düşmənə təsir etmək üçün onun ətrafında nöqtələr yaratmaqdır. Azərbaycan belə bir nöqtəyə çevrilə bilər”, – deyə Melkonyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*