“Mən Ermənistan hökumətini məhkəməyə verib, onları buna məcbur edəcəm” – Qabrelyanovbackend

"Mən Ermənistan hökumətini məhkəməyə verib, onları buna məcbur edəcəm" - Qabrelyanov

“Mən Ermənistan hökumətini məhkəməyə verirəm və onları məni Ermənistana buraxmağa məcbur edəcəm”.

KONKRET.az xəbər verir ki, bunu erməni əsilli jurnalist, “News Media” media şirkətinin rəhbəri Aram Qabrelyanov Facebook-da yazıb. O, Ermənistan hakimiyyətinin onun ölkəyə girişinə qadağa qoyması qərarını şərh edib.

“İrəvanda baş tutmayan uğursuz mühazirəmə görə mən toplaşmış gənc erməni jurnalistlərdən üzr istəyirəm. Mən əlimdən gələni etdim, amma Ermənistan hakimiyyəti çox qorxdu.

Ümumiyyətlə, ermənini, xüsusən də ikinci erməni vətəndaşlığı olan şəxsi Ermənistana buraxmamaq, sadəcə olaraq, adamın ağlına batmır.

Təbii ki, Paşinyan Betmen deyil, amma hətta onun bu qədər kiçik və qorxaq olduğunu da gözləmirdim.

Əslində Ermənistan Türkiyə qarşısında xəyanətin pasından korlanib. Rusiya və rus xalqı ilə qardaşlıq münasibətlərini pozmağa cəhd edilir. Əbəs yerə deyil, hətta təhlükəsizlik qüvvələri də ona Türk Nikol deyirlər.

Amma siz təslim olmamalısınız. Hələ şans olacaq. Türkiyədə zəlzələnin nələr törədəcəyini kim bilərdi. Əsas odur ki, əsl ermənilərin on faizi vətən uğrunda mübarizəni davam etdirir. Nikol gəldi-gedərdir. Hər şey yaxşı olacaq!

Bununla belə, mən Ermənistan hökumətini məhkəməyə verirəm. Və onları mütləq məni Ermənistana buraxmağa məcbur edəcəm”, – deyə Qabrelyanov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*