Medvedev yazılarının sərtliyini “alçaqlara və cahillərə” nifrətlə izah edib.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev Telegram-da yazılarının xüsusi sərtliyi ilə bağlı sualı cavablandırıb. O, “Rusiyanın ölümünü istəyən” “alçaqlara və cahillərə” nifrət etdiyini bildirib.
Eyni zamanda, Medvedev konkret olaraq kimdən danışdığını izah etməyib. Çox vaxt Təhlükəsizlik Şurasının sədr müavini Ukrayna, Avropa İttifaqı və ABŞ-ın hakimiyyətləri haqqında mənfi yazır.
“İnsanlar tez-tez məndən Telegram yazılarımın niyə belə sərt olduğunu soruşurlar. Cavab odur ki, mən onlara nifrət edirəm. Onlar əclaf və cahildirlər. Onlar bizim, Rusiya üçün ölüm istəyirlər. Nə qədər ki, mən sağam, onların yox olması üçün hər şeyi edəcəyəm”, – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini yazıb.
Dmitri Medvedev mütəmadi olaraq özünün Telegram kanalında Rusiyanın Ukraynadakı hərbi əməliyyatı, Rusiya Federasiyasına qarşı sanksiyalar və Qərbdə rus mədəniyyətinin ləğvi ilə bağlı yazılar dərc edir.
Məsələn, onun son yazısı Aİ-nin Rusiyanın enerji resurslarından imtina etməsinə və sanksiyaların altıncı raundu ilə bağlı digər məhdudiyyətlərə aiddir. O, bildirib ki, Aİ ölkələri xammal axtarışında “qorxmağa” və “özlərinin axmaq sanksiyalarından” çıxmaq üçün “boz sxemlərdən” istifadə etməyə məcbur olacaqlar.
Xuraman Etibarlı,
KONKRET.az
