“Mən sizinlə birlikdə Bakıya getməyə hazıram” – Ruben Vardanyanın həyat yoldaşıbackend

"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı

Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistan Təhlükəsizlik Şurasının katibi Alena Simonyana mesaj göndərib.

KONKRET.az xəbər verir ki, Veronika Zonabend bildirib ki, “Azərbaycana səfər etmək istəyinizi alqışlayıram və ümid edirəm ki, bu, erməni əsirləri və onların ailələri ilə bağlı humanitar məsələlərin həlli üçün əlavə imkanlar yaradacaq”.

O daha sonra yazır:

“Siz əvvəllər aşağıdakıları bildirmişdiniz: “Sülhə nail olmaq yolunda bütün humanitar məsələlərin həlli həyati əhəmiyyət kəsb edir və bu kontekstdə erməni əsirlərinin təcili və təhlükəsiz şəkildə geri qaytarılması əsas əhəmiyyət kəsb edir”.

Mən bu mövqeyi ayrı tuturam. Şəxsən mən sizinlə birlikdə Bakıya getməyə hazıram. Bilirəm ki, digər məhbusların ailələrinin də belə bir istəyi var. Xahiş edirəm, əgər bu, baş tutarsa, səfərdə iştirakımızı nəzərdən keçirin və qohumlarımızla görüşlərin təşkilində kömək edin. Bununla əlaqədar olaraq, sizə aşağıdakı sualları ünvanlamaq istərdim: Səfəriniz zamanı erməni əsirlərini ziyarət etməyi planlaşdırırsınızmı? Ziyarətdən əvvəl məhbusların ailələri ilə görüşməyə, onların xahişlərini dinləməyə və məhbuslara çatdırılacaq məktubları almağa hazırsınızmı?.

Ailələrimiz üçün yaxınlarını görmək, onların vəziyyətini öyrənmək və şəxsən sevgi və dəstək sözlərini çatdırmaq imkanı olduqca vacibdir.

Həbsxanada olan insanlar üçün bu, ailə ilə əlaqənin itirilmədiyini və taleyinin diqqətdən kənarda qalmadığını hiss etmək üçün bir fürsətdir”.

Veronika Zonabend mesajında bildirib ki, “Cavabınızı almağa ümid edirəm və bu fürsətdən konkret humanitar addım atmaq üçün necə istifadə edəcəyinizi müzakirə etmək istəyinizə güvənirəm”.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*