Mərdəkanda mağazanı qəsdən yandırdılarbackend

Mərdəkanda mağazanı qəsdən yandırdılar

Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan birini qəsdən yandırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Ağayev və S.Qəmbərov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, aprelin 23-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan biri qəsdən yandırılaraq sahibinə 7500 manat dəyərində maddi ziyan vurulub.

1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Ağayev və S.Qəmbərov saxlanılıblar.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*