Məşhur britaniyalı müğənni ölkəsinin ilk zəngin musiqiçisi olubbackend

Məşhur britaniyalı müğənni ölkəsinin ilk zəngin musiqiçisi olub

Məşhur britaniyalı müğənni Pol Makkartni ölkəsinin ilk zəngin musiqiçisi olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hazırda onun sərvəti 1,27 milyard dollar təşkil edir.

“İndependent”in məlumatına görə, statistika təkcə son bir ildə Pol Makkartni və onun həyat yoldaşı Nensi Şevelin sərvətinin 61 milyon dollar artdığını göstərir. Bu, “2023 Got Back” musiqi turu, həmçinin “The Beatles” qrupunun “Blackbird” mahnısının kaveri sayəsində baş verib.

Bundan başqa, cütlüyün sərvəti Nensi Şevelin atası, Amerika avtonəqliyyat maqnatı, mərhum Mayk Şevelin mirası sayəsində az qala 62 milyon dollar artıb.

Hazırda Pol Makkartni 350 ən varlı britaniyalı arasında 165-ci yerdə qərarlaşıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*