Portuqaliya nəhəngi “Porto”nun prezidenti Pinto Da Koşta maraqlı addım atıb.
KONKRET.az xəbər verir ki, prezident klubda maaşlı falçı işə götürüb. Bu haqda “Record” qəzeti məlumat yayıb. İddiaya görə klub görücülük üçün Madalena Arosoya ayda 15 min avro məvacib verir.
Madalena Aroso klubda “həkim” kimi qəbul edilsə də, onun yüksək maaşı səbəbindən azarkeşlər bu durumdan narahatdırlar. Arosonun klubda işə başlamazdan əvvəl “Porto” prezidenti ilə illərdir xüsusən də hesab proqnozları üçün əlaqə saxladığı deyilir.
Portuqaliyanın digər nəhəngi “Benfika”nın da adı eyni iddialarda hallanır və rəhbərliyin bir görücü ilə işlədiyi yazılıb.
Portuqaliya Liqasında geridə qalan 14 turda “Porto” və son çempion “Sportinq” liderliyi bölüşür. Hər iki komandanın 38 xalı var. “Benfika” isə 34 xalla 3-cü pillədədir.
