Məşhur məşqçi 50 il sonra müsəlman oldu: “26 ildir oruc tuturam”backend

Məşhur məşqçi 50 il sonra müsəlman oldu: “26 ildir oruc tuturam”

Məşhur sambo məşqçisi, idmançı Vitaliya Puşkin 50 il sonra müsəlman olub.

KONKRET.az xəbər verir ki, o, daha sonra Müslimzadə Hacı Məhəmməd adına keçdiyini bildirib:

“Öncə Vitaliya Puşkin, hazırda isə Müslimzadə Hacı Məhəmməd. Mən keşləli balasıyam. 11 il Almaniyada, 4 il Kanadada yaşamışam. Orada məşqçi kimi işləmişəm. Mənim dostlarım hamısı azərbaycanlılar olub. 11-12 yaşlarından samboya qatılmışam. Mənə SSRİ-də sambonun yaradıcısı Anatoliy Arkadio Çarlanbır “Azərbaycan pələngi” adını verdi. Axırıncı dəfə Şotlandıyada 69 yaşımda güləşmişəm. Əsl idmançı siqaret çəkməz, içki içməz”.

İdmançı İslam dinindən də danışıb:

“Namaz İslamın açarıdır, sütülüdür. Mən İslama 50 yaşında gəldim. Artıq uşaq deyildim. İslam çox gözəl dindir. Hər gün məsciddə oluram. 26 ildir ki, oruc tuturam. 3 dəfə Məkkədə olmuşam”.

(Bakupost)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*