Türkiyəli məşhur müğənni Alişanın anası Suzan Tektaş oğluna yazdığı paylaşımı ilə gündəm olub.
KONKRET.az xəbər verir ki, Alişanın qardaşı Səlcuq Tektaş 2021-ci ildə koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Məşhur müğənninin anası sosial media hesabında oğluna – Səlcuq Tektaşa həsrət qaldığını belə dilə gətirib:
“Həsrətəm oğlum… Gecələrin dostu yoxdur, gecələr o qədər uzundur… Gecələr bir ömürdür… Həyat dediyin kiçik bir ümid. Sabahın da ümidi yoxdur, sənin yoxluğun kimi, həsrətini çəkirəm oğlum. Canım Səlcuq”.