Məşhur vaynerin dünyasını dəyişdiyi klinika BAĞLANDIbackend

Məşhur vaynerin dünyasını dəyişdiyi klinika BAĞLANDI

Özbəkistanda məşhur vaynerin əməliyyatdan sonra dünyasını dəyişdiyi klinikanın lisenziyası ləğv edilib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Zəngiota Rayonlararası İqtisad Məhkəməsi Özbəkistan Səhiyyə Nazirliyinin “Star Med Center” özəl klinikasının lisenziyasının ləğvi ilə bağlı ərizəsini təmin edib.

Qeyd olunub ki, lisenziyanın ləğvi üçün əsas kimi məşhur vayner, “Mittivine” yumoristik layihəsini yaradıcısı 27 yaşlı Farhod Mannopova tibbi xidmət göstərilməsi zamanı bir sıra tələblərin kobud şəkildə pozulması göstərilib.

Məlumata görə, Mannopov ölümündən bir neçə gün əvvəl hovuzda çimərkən başından və burnundan xəsarətlər alıb. “Star Med Center” klinikasında vayner əməliyyat zamanı komaya düşüb və martın 5-də ölüb.

Səhiyyə Nazirliyinin araşdırması zamanı məlum olub ki, Mannopovun əməliyyatına cəlb olunan həkimlərin ixtisas kateqoriyası yoxdur və tibbi sənədlər düzgün tərtib olunmayıb.

Belə ki, istintaq zamanı əməliyyatı həyata keçirən klinikanın həkimləri, anestezioloq və vaynerin tanışları da daxil olmaqla ümumilikdə 15 nəfər şahid qismində dindirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*