“Messi cəhənnəmin nə olduğunu PSJ-də öyrəndi” – Neymarbackend

"Messi cəhənnəmin nə olduğunu PSJ-də öyrəndi" - Neymar

Paris Saint-Germain-in keçmiş futbolçusu Neymar keçmiş komanda yoldaşı Lionel Messiyə parislilər üçün göstərdiyi oyuna görə qiymət verilmədiyini deyib .

KONKRET.az xəbər verir ki, bu barədə Globo Esporte məlumat yayıb.

“O , son illərdə hər şeyi qazandığı Argentina millisi ilə cənnətə getdi . Və Parisdə cəhənnəmin nə olduğunu hiss etdi. Hər ikimiz bunun necə olduğunu hiss etdik”, – Neymar deyib.

Messi 2023-cü ilin yayında Paris Saint-Germain-də iki ildən sonra İnter Mayamiyə keçdi. MLS klubu ilə müqavilə imzaladı və ilk oyunda cərimə zərbəsini vuraraq klubda debüt etdi. Onun uğurlu seriyası doqquz oyunda dayanıb.

Neymar  2023-cü ilin yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib . Futbolçunun rəsmi təqdimatı avqustun 19-da baş tutub. Transfermarkt-ın məlumatına görə, Səudiyyə klubu braziliyalı hücumçunu avqustun 15-də 90 milyon avroya alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*