Messidən möhtəşəm poker – 4 qolla tarix yazdıbackend

Messidən möhtəşəm poker – 4 qolla tarix yazdı

ABŞ Major Liqasında (MLS) “İnter Mayami” doğma meydanda “Monreal”ı 7:1 hesabı ilə məğlub edib.

KONKRET.az xəbər verir ki, qarşılaşmada 39 yaşlı argentinalı hücumçu Lionel Messi 40, 52, 83 və ikinci hissəyə əlavə olunmuş 6-cı dəqiqədə fərqlənərək poker edib. Messi həmçinin Luis Suaresin 80-ci dəqiqədə vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb.

“İnter Mayami”nin digər qollarını Kazemiro (20) və Aleksander Şou (89) vurub. “Monreal”ın yeganə qoluna isə Fabian Xerbers 37-ci dəqiqədə imza atıb.

Messinin qollarından ikisini birbaşa cərimə zərbəsindən vurması da diqqət çəkib. Bununla argentinalı futbolçu karyerasında cərimə zərbələrindən vurduğu qolların sayını 74-ə çatdırıb və bu göstəricidə ikinci pilləyə yüksəlib. O, Jair da Rosa Pintonun nəticəsini təkrarlayıb. Bu kateqoriyada lider isə 78 qolla braziliyalı Marselinyodur.

Qələbə “İnter Mayami” üçün MLS tarixində ən böyük hesablı qələbə olub. Bununla belə, liqa tarixinin rekord nəticəsi “Los-Anceles Qalaksi”yə məxsusdur. Komanda 1998-ci ildə “Dallas Bern”i 8:1 hesabı ilə məğlub edib.

Messi cari MLS mövsümündə “İnter Mayami”nin heyətində 19 oyunda 18 qol vurub və 9 məhsuldar ötürmə edib.

“İnter Mayami” bu qələbədən sonra 22 oyunda 42 xalla Şərq Konfransında ikinci pillədə qərarlaşıb. “Monreal” isə 21 xalla sonuncu – 14-cü yerdədir.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*