Məsut Özilə və yoldaşına bıçaqlı hücumun səbəbi bilindi – bahalı saat…backend

Məsut Özilə və yoldaşına bıçaqlı hücumun səbəbi bilindi – bahalı saat...

Xəbər verildiyi kimi, ötən gün İngiltərə “Arsenal”ının türk əsilli futbolçusu Məsut Özil silahlı hücuma məruz qalıb. Hadisə Londonun şimalında türk əsilli yarımmüdafiəçinin “Mercedes” markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında Özilin komanda yoldaşı Sead Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib.

Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı “Likya” restoranına qaçıb. Kolaşinats isə avtomobilindən çıxaraq hücum edənlərlə davaya başlayıb. Həmin anların videosunu təsadüfi şahid lentə alıb.

Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib və onların cinayətkar dəstədən qurtulmasına yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib.

Hadisə ilə bağlı Türkiyənin Londondaki səfiri Ümit Yalçın futbolçulara zəng edərək, “keçmiş olsun” diləyini bildirib. Səfir qeyd edib ki, hadisə barəsində ciddi araşdırmalara başladılıb və ilkin ehtimallara görə, bıçaqlı hücum soyğunçuluq məqsədi ilə edilib. Belə ki, Kolaşinats bu günlərdə bahalı saat alıb və soyğunçular daha çox o saatı əldə etmək üçün hücum planı hazırlayıb.

Xalidə 
Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*