Metal mədənləri böyük meymunların nəslini kəsəcəkbackend

Metal mədənləri böyük meymunların nəslini kəsəcək

“Ekoloji cəhətdən təmiz enerji texnologiyalarının yaradılması üçün lazım olan minerallara artan tələbat səbəbindən Afrikada yaşayan 200 minə yaxın böyük meymun ölə bilər”.

KONKRET.az naked-science.ru-ya istinadən xəbər verir ki, Afrika mineral ehtiyatlarla zəngindir. Dünyadakı kobalt və manqan ehtiyatlarının 50 faizindən çoxu, qrafit ehtiyatlarının 22 faizi və platin qrupu metallarının demək olar ki, 90 faizi orada cəmləşib. Bu və digər metallar elektrik nəqliyyat vasitələrinin akkumulyatorları kimi təmiz enerji texnologiyaları yaratmaq və dekarbonizasiyanı təşviq etmək üçün istifadə olunur.

Qara Qitə bu gün mədənçilikdə yüksək aktivlik dövrünü yaşayır və bu, zaman keçdikcə daha da güclənəcək. Afrikada mədən müəssisələri tikilir, mis, litium və nikel hasilatı üçün getdikcə daha çox mədənlər açılır.

Afrikada həmçinin dörd böyük meymun qrupunun yaşadığı bütün meşələrin təxminən altıda biri var: adi şimpanzelər, bonobolar, həmçinin iki növ qorilla.

Martin Lüter Universitetində çalışan alman bioloq Cessika Yunkerin rəhbərlik etdiyi Almaniya, ABŞ, Sierra Leone və Kot-d’İvuardan olan beynəlxalq alimlər qrupu böyük meymun populyasiyaları üçün təhlükənin miqyasını qiymətləndirməyə çalışıb.

Alimlər müəyyən ediblər ki, qorillaların, bonoboların və adi şimpanzelərin yüksək populyasiya sıxlığı olan ərazilərin əksəriyyəti faydalı qazıntı yataqları olan ərazilərdə yerləşir. Xüsusilə Qərbi Afrikada mədənçilik meymunların təxminən 80 faizinə təsir göstərə bilər.

Tədqiqatın müəllifləri 50 kilometrlik “bufer zonası” daxilində mədən proseslərinin bu heyvanlara potensial təsirini araşdırıblar. Bioloqlar belə nəticəyə gəliblər ki, bu cür fəaliyyətlər səs-küy çirklənməsinə, yaşayış yerlərinin itirilməsinə (tikinti işləri ilə əlaqədar meşələrin qırılması) və meymunlar arasında xəstəliklərin inkişafına səbəb olacaq.

Tədqiqatçılar hesab edirlər ki, şirkətlər meymun sıxlığının yüksək olduğu ərazilərdə mədən işini dayandırmalı və bunun əvəzinə əsas metalları da verə bilən tullantıların təkrar emalına diqqət yetirməlidirlər.

Hazırladı: Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*