Şri-Lankanın Battikaloa şəhərində yaşayan 56 yaşlı Petambaram Racan bu yaxınlarda xəstələndikdən sonra dünyasını dəyişib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Racanın hər gün meyvə ilə bəslədiyi meymun da dəfn mərasiminə qatılanlar arasında olub.
Belə ki, ölən sahibi ilə vidalaşan meymun ətrafdakıların təəccübünə səbəb olub.
Videonu izləyənlər meymunun sədaqətinə heyran qaldıqlarını bildiriblər.
İqbal Rzayev,
KONKRET.az
