Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin seçilməsi ilə bağlı məsələyə baxacaq.
KONKRET.az xəbər verir ki, bu, parlamentin aprelin 27-də keçiriləcək növbəti iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, aprelin 22-də hakim Yeni Azərbaycan Partiyası, parlamentdə azlıq təşkil edən siyasi partiyalar və bitərəf deputatlar öz namizədlərini müəyyən ediblər.
Məzahir Pənahov, Rövzət Qasımov, Ramiz İbrahimov, Hüseyn Paşayev, Elmar Məmmədov və Sevinc Abdullayeva Yeni Azərbaycan Partiyasının, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimli, Almas Qəhrəmanlı, Tofiq Həsənov və İlkin Şahbazov deputatları azlıq təşkil edən partiyaların, Arifə Muxtarova, Qabil Orucov, Fuad Cavadov, İlham Məmmədov, Nailə Əsgərova və Nizami Nadirxanlı isə bitərəf deputatların namizədi kimi təsdiqlənib.
