Kamran Əliyev 114 səslə Azərbaycanın Baş Prokuroru seçilib.
KONKRET.az xəbər verir ki, yeni Baş prokuror ilk çıxışını edərək Prezident İlham Əliyevə və Milli Məclisə təşəkkür edib.
***
11:23
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
KONKRET.az xəbər verir ki, Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 27 məsələyə baxılacaq.
Hal-hazırda iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Qeyd edək ki, K.Əliyev iclasda iştirak edir.
