Millimiz qalib gəldibackend

Millimiz qalib gəldi

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb. 

KONKRET.az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gəlib. Macarıstandakı “Haladaş” stadionunda keçirilən qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Rinat Dadaşov 50-ci dəqiqədə komandamızı önə keçirir.

———-
Rəhman Daşdəmirov 28-ci dəqiqədə hesabı bərabərləşdirir.

———-

San Marino hesabı açır. 9-cu dəqiqədə Nikola Nanni qol vurur.

——–
Komandaların start heyətləri bəlli olub:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 18. Cəlal Hüseynov, 2. Rəhman Daşdəmirov, 18. Tellur Mütəllimov, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 25. Rüfət Abbasov, 26. Ayxan Hüseynov, 11. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23 Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 17. Vüsal İsgəndərli, 19. Nəriman Axundzadə, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Rəhim Sadıxov

San Marino: 1. Kolombo, 12. Tosi, 15. Posolini, 5. Celovi, 4. Fabbri, 18. Zannoni, 8. Kapiççioni, 25. Meloni, 21. Latsari, 11. Cakopetti, 9. Nanni (k)

———–

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxacaq. 

KONKRET.az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gələcək. Macarıstandakı “Haladaş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub – 0:2.

Yoxlama oyunu

9 iyun

22:00. Azərbaycan – San Marino
Baş hakim: Marton Ruş (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*