Milonov Rusiyadakı bütün miqrantları “Vaqner”ə qoşulub Ukraynada döyüşməyə ÇAĞIRDIbackend

Milonov Rusiyadakı bütün miqrantları "Vaqner"ə qoşulub Ukraynada döyüşməyə ÇAĞIRDI

Ermənipərəst Vitali Milonov Rusiyadakı bütün miqrantları “Vaqner”ə qoşulmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Dövlət Dumasının deputatı Vitali Milonov Rusiyadakı bütün miqrantlara “Vaqner”in tərkibində Ukraynadakı döyüş əməliyyatlarında iştirak etməyin vacibliyini bildirib.

“Mən yalnız bir növ miqrant tanıyıram və onları layiqli hesab edirəm. Bunlar “Vaqner”də xidmət edən miqrantlardır. Onlar buraya avtobusda sürücü və ya mağazada işləmək üçün deyil, ölkəmizi müdafiə etmək üçün gəlirlər”, – deyə Milonov qeyd edib.

Onun sözlərinə görə, miqrantların 40%-i Rusiyada “Maydan” təşkil etməyə hazırdır.

Qeyd edək ki, Vitali Milonov 2022-ci ilin payızında qismən səfərbərlik elan edildikdən sonra Donbasa könüllü kimi gedib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*