Tanınmış iş adamı Fərhad Əhmədov Azərbaycan Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürüb.
KONKRET.az xəbər verir ki, Rusiyada yaşayan sahibkar bildirib ki, Azərbaycan da digər ölkələr kimi koronavirus pandemiyasının yaratdığı çətin vəziyyətlə üzləşib: “Ölkə rəhbərliyi qətiyyət və uzaqgörənlik göstərdi və vətəndaşların sağlamlığının və ölkənin həyati mənafelərinin qorunmasına yönəlmiş hərtərəfli profilaktik tədbirlər görür. Bu gün həmişəkindən daha çox, təhlükəli bir xəstəliyin yayılmasına qarşı mübarizədə bütün insanların səylərini birləşdirmək vacibdir.
Həm də bu gün həmişəkindən daha çox işin sosial məsuliyyətini nümayiş etdirməsi vacibdir. Bununla əlaqədar, İlham Əliyevin etdiyi nümunəvi hərəkətindən sonra AzNar QSC-nin Direktorlar Şurası bir milyon manatın Koronavirusla Müdafiəyə Dəstək Fonduna köçürülməsinə qərar verdi”, – deyə Fərhad Əhmədov bildirib.
