Minaatan batareyalarının təlimindən görüntülər – VİDEObackend

Minaatan batareyalarının təlimindən görüntülər - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

KONKRET.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.

Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə  tapşırıqları icra edir.

Təlim məşqləri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*